<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Vaxtında gəlmədim Sənin qarşına İL546</title>
<lyrics>[V1]
 Vaxtında gəlmədim Sənin qarşına,
 Ürək qapısını döyəndə, Rəbbim.
 Kar imiş qulağım, kor imiş gözüm,
 Bağışla, duymadım sevgini, Rəbbim.

[C1]
   Bağışla, Allahım, bağışla məni,
   Tez aça bilmədim mən ürəyimi.
   Bağışla, Allahım, bağışla məni,
   Dərk edə bilmədim mərhəmətini.

[V2]
 Qurtardın canımı şərin əlindən,
 Günahlı dünyaya vermədin məni.
 Tutub əllərimdən bələdçim oldun,
 Göstərdin Əbədi həyat yolunu.

[C2]
   Bu yolla getmisən Sən də Göylərə,
   Atanın sağında gözlə məni də.
   Bu yol aparacaq məni də Göyə,
   Bir gün çatdıracaq məni Rəbbimə.

[V3]
 Tərk etməzsən məni əsla, bilirəm,
 Mütləq gələcəksən, söz vermisən Sən.
 Dönməz həqiqətdən mənim də qəlbim,
 Səni gözləyirəm həsrətlə, Rəbbim.</lyrics>
<hymn_number>546</hymn_number>
</song>